DÜNYA
Pərvanda və Kabildə törədilən partlayışların məsuliyyətini “Taliban” üzərinə götürüb
Bakı, 17 sentyabr, AZƏRTAC
Əfqanıstanın Pərvan əyalətində və ölkənin paytaxtında törədilən partlayışların məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb
AZƏRTAC xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb.
Sentyabrın 17-də Əfqanıstan Prezidenti Əşrəf Qaninin seçki qərargahının Pərvan əyalətində mitinq keçirdiyi yerin yaxınlığında iki partlayış törədilib. Nəticədə azı 24 nəfər həlak olub, 31 nəfər yaralanıb. Hücum Prezident Əşrəf Qani çıxış etməyə hazırlaşdığı məqamda baş verib. Prezidentə xətər toxunmayıb.
Bir qədər sonra Kabilin mərkəzində daha bir partlayış baş verib. Azı 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Əfqanıstanda prezident seçkilərinin vaxtı bir neçə dəfə dəyişdirilib. Bu ilin martında müstəqil seçki komissiyası seçkilərin 2019-cu il sentyabrın 28-də keçiriləcəyini elan edib. “Taliban” hərəkatı hökuməti seçkiləri pozmaqla hədələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]