ELM VƏ TƏHSİL
Peşə Təhsil Mərkəzinin tələbələri təlimdə iştirak ediblər
Bakı, 18 aprel, AZƏRTAC
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin qənnadıçı-şirniyyatçı ixtisası üzrə təhsil alan I kurs tələbələri peşə biliklərinin artırılması məqsədilə təlimdə iştirak ediblər.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “West Shine” otelində təşkil olunan təlim qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları haqqında Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar Gildiyasının səfir aşpazı, Suriya Aşpaz Cəmiyyətinin üzvü, Qərbi Afrika Aşpazlar Assosiasiyasının fəxri üzvü İlkin Əkbərzadə, Beynəlxalq Kulinariya Assosiasiyasının Azərbaycan filialının vitse-prezidenti, usta aşpaz Anar Qasımov tərəfindən keçirilib.