ELM VƏ TƏHSİL


Peşə məktəblərinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə test imtahanı keçirilib

Bakı, 3 may, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə test imtahanı mərhələsi keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil olunan imtahanda 155 namizəd 90 dəqiqə ərzində təhsil, peşə və əmək qanunvericiliyi, həmçinin idarəetmə və məntiq üzrə 60 sualı cavablandırıb. Namizədlər imtahanın sonunda test nəticələri ilə tanış olmaq imkanı əldə ediblər.

Növbəti mərhələyə keçid nəticələrinin həftəsonunadək elan edilməsi nəzərdə tutulur. Nəticələr həm namizədlərin şəxsi kabinetlərində yer alacaq, həm də mesaj vasitəsilə qeydiyyat nömrələrinə göndəriləcək.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün aprelin 14-dən 21-dək ümumilikdə 31 vakant yerə üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olub. Onlardan 257 nəfəri II mərhələyə keçid imkanı əldə edib. İkinci mərhələyə qatılan iştirakçılardan 76 nəfəri kişi, 79 nəfəri qadın olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.