ELM VƏ TƏHSİL


Peşə təhsili alan tələbələr üçün “İş yeri axtarma, iş yeri yarat” mövzusunda virtual görüş təşkil olunub

Bakı, 7 may, AZƏRTAC

“Cənubi Qafqazda peşə təhsilinə dəstək” layihəsinin komponentlərindən biri olan peşə təhsil müəssisələrində təhsil alan tələbələrin sahibkarlıq düşüncəsinin formalaşdırılması istiqamətində silsilə tədbirlər keçirilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və agentliyin təşkilatçılığı ilə peşə təhsil müəssisələrinin tələbələrilə “İş yeri axtarma, iş yeri yarat” mövzusunda virtual görüş təşkil olunub. Seminar ASK-nın vitse-prezidenti və sahibkarı Vüqar Zeynalov tərəfindən aparılıb.

Virtual görüşün təşkilində əsas məqsəd seminar iştirakçılarına məşğulluq, iş yeri axtarma və fərdi sahibkarlıq düşüncəsinin formalaşdırılmasına dair bilik və bacarıqlar haqqında geniş məlumat verməkdən ibarət olub.

Görüşə həm Bakı, həm də regionların bir sıra peşə təhsil müəssisələrinin tələbələri qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.