İQTİSADİYYAT


Pirallahı rayonunun simvolu inşa edilib

Bakı, 19 fevral, AZƏRTAC 

Pirallahı rayonunun girişinin sol hissəsində rayonun simvolu inşa edilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, simvolun qarşısında yüksək zövqlə xüsusi daşlarla işlənmiş və müasir işıqlandırma sistemi ilə təmin olunmuş Azərbaycanın xəritəsi əks olunub. Simvol iki hissədən ibarətdir. Yuxarı hissə həm “P” hərfinə, həm də yelkənə bənzəyir, aşağı hissəsi isə qayıq formasındadır.

Simvolun ümumi sahəsi 45 kvadratmetr, hündürlüyü isə 16 metr təşkil edir. Monumentin üzərində səkkizguşəli ulduz yerləşir, ulduzun içində isə məşəl əks olunur. Abidənin gecə işıqlandırılması isə ona xüsusi gözəllik verir.

Qeyd edək ki, simvolun ətrafında 3 min kvadratmetr sahəyə qazon örtüyü salınıb, ərazidə 1000-ə yaxın müxtəlif ağac və dekorativ bəzək kolları əkilib.

Pirallahı rayonunda həyata keçirilən geniş quruculuq və abadlıq işləri ilə yanaşı, ekoloji tədbirlərin icrasına da xüsusi önəm verilir. Belə ki, rayon ərazisində üzün illərdən bəri baxımsız və antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri, o cümlədən dənizkənarı ərazilər, yaşayış məhəllələri tam şəkildə abadlaşdırılır, çirkab mənbəyi olan göllər qurudulur, geniş yaşıllıq zolaqları salınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.