Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Piter Teys: Naxçıvan Avropanın ən gözəl yerlərindən birinə çevrilib

Naxçıvan, 22 fevral, AZƏRTAC

Amerikalı jurnalist və tədqiqatçı Piter Teysin fevralın 20-də Amerika Birləşmiş Ştatlarında nəşr olunan “Eurasia Review” və Avropanın nüfuzlu qəzetlərindən olan “Moderndiplomacy” qəzetlərində “Heydərabaddan Əlincəqalaya səyahət” sərlövhəli məqaləsi işıq üzü görüb.

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan nailiyyətləri əks etdirən məqalədə qeyd edilir ki, muxtar respublikanın rəhbəri Vasif Talıbov Naxçıvanın regionlarının inkişafı, turizm infrastrukturunun yenilənməsi və meşə zolaqlarının salınması layihəsini həyata keçirməklə iqlim dəyişikliyi təhlükəsinə qarşı ölkəsinin dünya qarşısındakı mövqeyini möhkəmləndirib. Paris müqaviləsinin memarları və beynəlxalq ictimaiyyət Azərbaycanın qərbində yerləşən Naxçıvanı Qərbi Avropa ölkəsi kimi inkişaf etdirən Ali Məclisin Sədrinin həyata keçirdiyi layihələrə daha çox diqqət yetirməlidir.

Son on il ərzində Ali Məclisin Sədri Naxçıvanın yenilənən enerji resurslarını köklü şəkildə dəyişib. Naxçıvan Muxtar Respublikası ərazi nisbəti baxımından dünyanın ən çox hidroelektrik stansiyasına sahibdir. Burada beş hidroelektrik, bir ədəd günəş enerjisi və bir ədəd qaz-turbin stansiyası tikilib istifadəyə verilib.

Piter Teys vurğulayır ki, Ermənistanla sərhəddən yalnız bir neçə metr məsafədə və tərk edilmiş təhlükəli bir erməni kəndindən yüz metr aralıda yerləşən nümunəvi Heydərabad qəsəbəsində tikilmiş yeni yol, orta məktəb, xəstəxana və şəhər mərkəzinin infrastrukturu cazibədar bir turizm marşrutudur. Bundan əlavə, xarici ölkələrdən gələn qonaqlar Azərbaycan tərəfdə olan firavan şəhərin bütün şəraitini yüksək qiymətləndirdikləri bir vaxtda Ermənistan tərəfdə çiy kərpic, yaxud palçıqdan tikilmiş evlərdə yaşayan kifayət qədər yoxsul bir cəmiyyət var. Həmin kənd Yerevan faşist rejimi tərəfindən bu vəziyyətə salınıb.

Müəllif yazır: “2017-ci il noyabrın 23-də Şərur rayonuna səfər edərkən mən yolun hər iki tərəfində Naxçıvan muxtar dövləti tərəfindən meşə zolaqlarının salınması ilə bağlı başladılan kampaniyanı müşahidə etdim. Meşə zolaqlarının salınması kampaniyasına vətəndaş cəmiyyətləri cəlb olunmuşdu. Ali Məclis Sədrinin ideya və yüksək rəhbərlik bacarığı Azərbaycan Respublikasının iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malik olan turizm infrastrukturunu da əhatə edir. Tarixi-mədəni və arxeoloji abidələrin təmiri muxtar respublikanın dünyada təbliği üçün mühüm əhəmiyyətə malikdir. Tarixi abidələrin bərpa edilməsi və turizm infrastrukturunun dəstəklənməsi sahəsindəki praktiki liderlik təşəbbüsü Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsində mühüm rol oynayıb”.

Piter Teys onu da diqqətə çatdırır ki, Naxçıvan şəhərindən təxminən birsaatlıq məsafədə yerləşən Əlincəqala Ali Məclis Sədrinin ideyasının şah əsəridir. Bura əsas turistik ərazidir, VI əsrdə dağın üzərində tikilmiş tarixi abidə və mükəmməl mühəndislik ixtirasıdır. Müdafiə sistemini qüvvətləndirən istehkamlar 1800 metr yüksəklikdədir. Azərbaycanda yüksək hündürlükdə tikilmiş digər qalalar da var, lakin onlar Əlincəqala ilə müqayisə edilə bilməz. Təbii maneələr və istehkam birləşmələri bu qalanı alınmaz edib. Dağın üzərində 50-yə yaxın bina: anbarlar, hamam, təndirlər, zərbxana, silah anbarı və hökmdar sarayı yerləşib. Bir çox hökmdarlar bu qalada öz xəzinələrini saxlamışdır; Azərbaycan Atabəyləri, Eldənizlər, Hülakülər və Cəlairilər.

O zaman Əlincəqaladan daha təhlükəsiz bir yer tapmaq çətin idi. Əlincəqala saxlancına qoyulan xəzinələrin miqdarı o qədər idi ki, Çobani sülaləsindən olan Məlik Əşrəfə həmin sərvəti daşımaq üçün 1000 dəvə və 400 ədəd qatır lazım olmuşdu.

Məqalədə qeyd edilir ki, qartalların yuva qurduğu qalaya yalnız iki yol var. Qalanın şərq yamacında dar cığır var ki, oradan yalnız iki nəfər qalxa bilər, lakin həmin yol 3 divarla bağlanıb. Hər bir divarın hündürlüyü 9 metrdir və kiçik kərpicdən deyil, böyük daşlardan inşa edilib. Divarları orta əsr topları ilə dağıtmaq belə, mümkünsüz idi. Bundan əlavə, qalaya gedən yollarda inşa edilmiş nəzarət binaları və xəbərdarlıq məntəqələri ilə yamaclar arasında, bir-birindən 20-25 addım məsafədə iki və ya üç balaca sığınacaq var. Ümumiyyətlə, Əlincəqalada hər bir santimetr ərazinin alınması hücum edənlərin həyatı bahasına başa gəlirdi. Əlincəqala dik dağın başında yerləşir və zirehli geyimli hər bir döyüşçünün qalaya qalxması onun gücünün tükənməsinə gətirib çıxara bilərdi. Buna görə də qalaya qalxmaq istəyənlər 600-dən çox qala müdafiəçisinin oxlarına asan bir hədəf olurdu.

Dünya tarixinə Naxçıvan Muxtar Respublikasının bəxş etdiyi bu tarixi abidə və digər orta əsr abidələri Naxçıvanda dəqiqliklə bərpa edildiyini vurğulayan Piter Teys qeyd edir ki, həmin abidələri ziyarət edib baxmaq çox asandır. Ali Məclis Sədri Vasif Talıbov Naxçıvanı Avropanın ən gözəl yerlərindən birinə çevirib. Əlincəqalada bərpa işləri onun təşəbbüsü ilə həyata keçirilib.

Oxucular məqalə ilə daha ətraflı burada tanış ola bilərlər. https://www.eurasiareview.com/20022018-a-journey-from-heydarabad-to-alinjagala-fortress-oped/

https://moderndiplomacy.eu/2018/02/20/journey-heydarabad-alinjagala-fortress/

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır