DÜNYA


Plastik tullantılar probleminin həlli məqsədilə beynəlxalq mexanizm yaradılacaq

Tokio, 17 iyun, AZƏRTAC

G20 ölkələrinin energetika və ətraf mühit məsələlərinə cavabdeh olan nazirləri dünya okeanının plastik tullantlarla çirklənməsi probleminin həlli məqsədilə beynəlxalq mexanizmin yaradılmasına çağırıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə çağırış nazirlərin Naqano prefekturasının Karuizava şəhərində keçirilən ikigünlük görüşünün yekunu olaraq qəbul edilən birgə bəyanatında öz əksini tapıb.

Bəyanat okeanın və dənizlərin çirklənməsi problemini həll etmək üçün fövqəladə tədbirlərin görülməsinə çağırır. Sənəddə qeyd edilir ki, yaranmış vəziyyət dənizlərin ekosisiteminə və balıqçılığa, eyni zamanda, insanların sağlamlığına böyük zərbə vurur.

Nazirlər plastik tullantıların azaldılması istiqamətində görülən işləri əlaqələndirmək məqsədilə vahid mexanizmin yaradılması barədə təklif irəli sürüblər. Ölkələr bu mexanizm çərçivəsində plastik məhsulların dövriyyəsi və tullantıların yığılması barədə görülən tədbirlər barədə biri-birini məlumatlandıracaqlar.

Energetika məsələsinin də öz əksini tapdığı bəyanatda enerji bazarında sabitliyin təmin edilməsi və enerji mənbələri ilə daimi təminata zəmanət verə biləcək infrastrukturun yaradılması məsələləri də öz əksini tapıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.