DÜNYA


Podqoritsada 270 ildən sonra ilk dəfə məscid inşa olunur

Podqoritsa, 31 yanvar, AZƏRTAC

Monteneqronun paytaxtı Podqoritsada 270 ildən sonra ilk dəfə məscid tikilir.

AZƏRTAC xəbər verir ki, sonuncu məscidin XVIII əsrdə tikildiyi şəhərdə Osmanlı dövrü abidələrindən biri olan Bəylər məscidi Monteneqro İslam Birliyi tərəfindən əvvəlki yerində yenidən inşa edilir. Sonradan “Hadroviç məscidi” kimi tanınan bu tarixi bina XX əsrin ortalarında sökülmüşdü.

Podqoritsanın Draç rayonunda tikintisinə başlanılan məscid 270 ildən sonra Monteneqro paytaxtında inşa edilən ilk islami tikili olacaq. Məscidin inşası üçün 130 min avro ianə toplanıb, layihənin dəyəri təxminən 620 min avro qiymətləndirilir. Tikinti işlərinin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.