DÜNYA
Polşada ukraynalı turistləri daşıyan avtobus aşıb, ölənlər var
Bakı, 18 avqust, AZƏRTAC
Polşada ukraynalı turistləri daşıyan avtobus aşıb. İnsident nəticəsində 3 nəfər həlak olub, 51 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC TVN24 saytına istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi avqustun 17-də gecə saatlarında Karpatətrafı voyevodalığında, Pşemısl və Sanok şəhərlərini birləşdirən avtomobil yolunda baş verib. Lvovdan Slovakiya ilə sərhədə doğru ekskursiya avtobusunun yamacdan aşdığı bildirilir.
Qəza zamanı avtobusda 54 nəfər olub. Xəsarət alanlar Pşemısl, Lesko və Sanok şəhərinin xəstəxanalarına çatdırılıb. Onlardan 9-nun vəziyyəti ciddidir.
Ukrayna Xarici İşlər Nazirliyindən məlumatı təsdiqləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]