CÜMHURİYYƏT - 100


Polşanın Poznan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Bakı, 25 may, AZƏRTAC

İ.Y.Paderevski adına Poznan Musiqi Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Əvvəlcə səfir Həsən Həsənov Poznan Musiqi Akademiyasının rektoru Halina Sorkovska ilə görüşüb. Daha sonra Musiqi Akademiyasında qurulmuş, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Əlimərdan bəy Topçubaşov və Polşa Respublikasının Baş naziri İqnatsi Yan Paderevskiyə həsr edilmiş xatirə lövhəsinin önünə gül çələngi qoyulub.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov Cümhuriyyətimizin yaranma tarixindən, mövcud olduğu qısa dövr ərzində keçdiyi inkişaf yolundan danışaraq həmin dövr ərzində əldə edilmiş nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Səfir iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin Prezident İlham Əliyev və Prezident Andjey Duda arasında olan səmimi dostluq münasibətləri və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıb.

Tədbirdə iştirak edən Poznan şəhərinin bir sıra rəsmilərinə və Poznan Musiqi Akademiyasının idarə heyətinə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə xatirə nişanları təqdim olunub. Tədbir Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə konsert proqramı və rəsmi ziyafətlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.