DÜNYA
Poroşenko Ukraynanın növbəti beş il üçün prioritet istiqamətlərini açıqlayıb
Kiyev, 17 dekabr, AZƏRTAC
Prezident Petro Poroşenko Ukraynanın növbəti beş ilində əsas prioritet məsələləri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Poroşenko dekabrın 16-da keçirilən mətbuat konfransında növbəti beş ildə Ukraynanın milli maraqlarına cavab verən sülhə nail olmaq, iqtisadi böhranı aradan qaldırmaq, Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün zəruri meyarları həyata keçirmək dövlətin əsas prioritet istiqamətləri olduğunu bildirib.
Prezident Ukraynada korrupsiyaya qarşı mübarizədən razı qalmadığını da etiraf edib: “Əgər mənə sual versələr ki, korrupsiyaya qarşı mübarizədən razısınız, çəkinmədən yox deyərəm. Biz korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün birgə səylərimizi artırmalıyıq”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]