DÜNYA
Portuqaliya ukraynalı qaçqınların qəbulu üçün Polşaya maddi yardım göstərəcək
Lissabon, 20 may, AZƏRTAC
Portuqaliyanın Baş naziri Antoniu Koşta ölkəsinin ukraynalı qaçqınların qəbulu üçün Polşanın hakimiyyət orqanlarına 50 milyon avro məbləğində maddi yardım göstərəcəyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Varşavada polşalı həmkarı Mateuş Moraveski ilə görüşdən sonra mətbuat konfransında çıxış edərkən ukraynalı qaçqınların qəbulunda Polşanın hakimiyyət orqanları ilə səyləri bölüşmək üçün əməkdaşlığa hazır olduqlarını bildirib. Portuqaliya hökumətinin başçısı vurğulayıb ki, ukraynalıların əksəriyyəti ölkələrinə geri qayıtmaq, yaxud mümkün qədər Ukraynaya yaxın bölgədə qalmaq istəyirlər. Ərzaq məhsullarının ixracında Ukraynanı dəstəkləmək mexanizmini tapmaq lazımdır. İndiki vəziyyət Avropaya, ilk növbədə isə Afrika ölkələrinə öz təsirini göstərir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]