DÜNYA
Portuqaliyada pensiya yaşında olan tibbi heyət yenidən işə qəbul edilir
Lissabon, 7 avqust, AZƏRTAC
Portuqaliyanın Səhiyyə Xidməti koronavirus pandemiyasının öhdəsindən gəlməyə kömək etməyə hazır olan mütəxəssisləri gözləyir.
AZƏRTAC xəbər verir ki, Portuqaliya Prezidenti Marselu Rebelu di Soza əvvəllər pensiyaya çıxan tibbi heyətin işə qəbulu üçün müstəsna rejimin uzadılmasını bəyənib. Həkimlər 2021-ci ilin sonunadək Milli Səhiyyə Xidməti müəssisələrinə qayıda bilərlər.
Bu tədbirdən məqsəd Portuqaliya səhiyyəsini COVID-19 pandemiyası şəraitində tibbi yardım göstərilməsi üçün zəruri olan ixtisaslaşdırılmış resurslarla təmin etməkdir.
Dövlət xəstəxanalarında və klinikalarda tibbi yardıma yüksək tələbatın olduğu şəraitdə öz vəzifələrini yerinə yetirməyi bacaran yeni kadrlar çatışmır. Buna görə də onların yerləri pensiyaçılara təklif olunur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]