Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir

Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir

Bakı, 23 noyabr, AZƏRTAC

Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ayhan Satıcının işğaldan azad olunmuş ərazilərin postkonflikt dövründə bərpa prosesinə dair şərhini təqdim edir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər Ordusunun qısa zaman ərzində işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən geri qaytarması bu ərazilərdə postkonflikt bərpa prosesinin başlanmasına zəmin yaratdı. Əzəli torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarına və digər sərmayələrin cəlb edilməsinə struktural mexanizmin hazırlanması öz töhfəsini verəcək.

İnvestisiya tələb edən sahələr

Münaqişə zamanı dəyən zərərin postkonflikt bərpa prosesi bir çox sahələrin prioritetləşməsini tələb edir. Bu sahələrin münaqişədən sonra müəyyənləşdirilib bərpasına başlanılması prosesi kompleks mexanizmlər tələb edir. Beləliklə, beynəlxalq təcrübə onu göstərir ki, ilkin olaraq dəymiş zərəri müəyyənləşdirdikdən sonra minimum yaşayış səviyyəsinin təminatı prioritetdir. Minimum yaşayış səviyyəsinin təminatını nəzərdə tutan vacib amillər aşağıdakılardır:

- işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi

- elektrik enerjisinin təminatı

- kritik yol xətlərinin bərpası

- içməli su, sanitar qovşaqlarının və irriqasiya sistemlərinin bərpası

- ev/mənzil yaşayış sahələrinin bərpası və təminatı

- humanitar yardım məqsədləri üçün hava limanının bərpası.

İlkin mərhələdə bu sahələrə yönələn sərmayə sonrakı dövrdə sosial və iqtisadi canlanmaya dəstək olacaq. Ərazilərin minalardan təmizlənməsi sözü gedən ərazilərə köçürüləcək əhalinin təhlükəsizliyi üçün ən vacib amildir. Bu prosesdən sonra kritik yol xətlərinin bərpası yaşayış sahələri arası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq. İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək. Yekun olaraq bu nəticəyə gəlmək olar ki, minimum yaşayış səviyyəsinin təminatı sonrakı prosesin, yəni ilkin sosial-iqtisadi inkişafın təzahürüdür.

İlkin sosial-iqtisadi inkişafın vacibliyi postkonflikt dövrdə insanların mərhələli şəkildə köçürülməsinə və yardım asılılığından qısa zamanda azad olmalarına gətirib çıxarır. Belə ki, təhsil, səhiyyə və telekommunikasıya obyektlərinin koordinasiyalı bərpası insanların adaptasiya prosesini sürətləndirəcək. Paralel şəkildə əhalinin məşğulluğunun artırılması məqsədilə kiçik və orta bizneslərin dəstəklənməsi, bilavasitə ev təsərrüfatlarının inkişafına səbəb olacaq təşəbbüslərin artırılması məqsədəuyğun olacaqdır. Bundan əlavə, iqtisadi canlanmaya töhfə verəcək bank və turizm sektorlarına da xüsusi diqqət göstərilməlidir. Son olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarında gəlir gətirən sahələrin dərinləşdirilməsinə və inkişaf etdirilməsinə ehtiyac var.

Sahələr üzrə maliyyə qoyuluşu

Maliyyə mənbələrinin çoxşaxəli olması münaqişədən sonra bərpa prosesinə ehtiyac olan sahələrin bir o qədər sürətli canlanması deməkdir. Sahələr üzrə olan araşdırmalarda beynəlxalq təşkilatlar, dövlət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri və sair kimi qurumlar münaqişə sonrası dövrdə ərazilərin bərpasında maraqlı tərəflər kimi çıxış edir. Təşkilatların mandatlarına uyğun olaraq maliyyənin cəlb edilməsi ən başlıca prioritetlərdən olmalıdır. Belə ki, Azərbaycanda keçirilən əksər sosial-iqtisadi layihələri cəmləşdirsək görərik ki, sahələr üzrə maliyyələşmə mümkündür. Birləşmiş Millətlərin Təşkilatının İnkişaf Proqramına (UNDP) istinadən, BMTİP və “ABAD” Şəki-Zaqatala iqtisadi zonalarında ailə təsərrüfatına dəstək proqramı keçirilməkdədir. Layihə çərçivəsində ailələrə maliyyə dəstəyi göstərilir, təlimlər keçirilir və ailə markasının yaradılmasına dəstək olunur. Bundan əlavə, Birləşmiş Millətlər Qaçqınlar Təşkilatının (BMqT) uzun müddət sürmüş “Kəhriz” layihəsi var. Layihənin əsas fəaliyyət dairəsi rayonlar üzrə kəhrizlərin reabilitasiya edilməsi və resurs mərkəzləri yaratmaq olub. Bilavasitə, bu proqram çərçivəsində yaşayış zonalarında içməli su təminatını və kənd təsərrüfatı sahələri üçün suvarma imkanları inkişaf etdirilib. Layihələrə əlavə olaraq, təhsil, səhiyyə və enerji sahələrində Avropa İttifaqının (Aİ) fövqəladə tranş proqramları olub. Həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) “Halo Trust” təşkilatı ilə birlikdə Qarabağ ərazisinin minalardan təmizlənməsi işlərinə cəlb olunub. Nəticədə, qeyd edilən mənbələrdən maliyyə cəlb olunması və bu maliyyənin işğaldan azad edilmiş ərazilərimizə strateji və koordinasiyalı yatırılması gələcək zamanda həmin ərazilərin iqtisadiyyatını Azərbaycanın ümumi iqtisadiyyatına reinteqrasiya edə bilər.

Dünya təcrübəsində sərmayələrin strateji və koordinasiyalı yatırılması dedikdə donor yaxud maliyyə koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bu üsulla, maliyyə qoyuluşuna ehtiyac sahələrin müəyyənləşməsinə, ehtiyacların doğru maliyyə mənbələrindən təmin edilməsinə və son olaraq sərmayə qoyuluşlarını düzgün sahələrə yönləndirilməsinə gətirib çıxaracaq.

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonasının potensialı

İşğaldan azad edilmiş ərazilərimizdə bir çox iqtisadi fəaliyyət sahələrinin inkişaf potensialı var. Kənd təsərrüfatı sahələrindən arıçılıq və maldarlıq potensialı Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər və Füzuli rayonlarımızda var. Cəbrayıl və Kəlbəcər ərazisində balıqçılıq sahəsini inkişaf etdirmək mümkündür. İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonları böyük potensiala sahibdir. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində ət-süd məhsulları emalı üzrə Kəlbəcər, Tərtər və Füzuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonlarımız geniş potensiala sahibdir.

Dağ-mədən sənayesi üzrə Kəlbəcər və Zəngilan rayonlarımızda qızıl, mis, gümüş, civə və xromit ehtiyatları, Cəbrayıl rayonunda yerləşən “Yəşəm” və “Xalsedon” yataqları zərgərlik sahəsini inkişaf etdirməyə imkan verir. Əlavə olaraq, turizm sahəsinin inkişafına imkan verəcək gözəl guşələrimizdən olan Şuşa, Laçın və Kəlbəcərdə dağ turizmi, ekoturizm, müalicəvi turizm, mədəni turizm üçün yararlı sayılan digər rayon və şəhərlərimizin potensialından istifadə edərək Qarabağın iqtisadi dirçəlməsinə töhfə verə bilərik.

Onu da qeyd etmək gərəkdir ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonasının enerji potensialı çox yüksəkdir. Hidroenerji potensialı baxımından “Xudafərin”, “Qız Qalası” su elektrik stansiyaları (SES) və “Tərtər” SES-i nümunə göstərmək olar. Həmçinin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında günəş enerji potensialı, Qarabağın dağlıq hissələri, əsasda Kəlbəcər və Laçın rayonlarında külək enerji potensialı, geotermal enerji resurslarımız isə Kəlbəcər və Şuşada geniş yayılıb.

Bütün bu enerji ehtiyatlarının və digər sənaye sahələrinin inkişaf etdirilməsi üçün bir çox sahələrdən investisiya qoyuluşları cəlb etmək mümkündür. Beynəlxalq təcrübədə göstərilir ki, risklərin hesablanması sənaye və enerji sahəsində qoyulan birbaşa xarici investisiyalarda öhdəsindən gəlinən təhlükə kimi nəzərə alınır. Bu səbəbdən bir çox beynəlxalq şirkətlər postkonflikt dövründə sənaye və enerji sahəsinə investisiya yatırımlarına müsbət baxır.

Diaspor investisiya qoyuluşu

Postkonflikt dövrdə münaqişədən yeni çıxan ərazilərə investisiya cəlb etmək kifayət qədər çətin bir prosesdir. İnvestisiya qoyuluşlarında məlumat mövcudluğu dərəcəsi qoyulacaq investisiya ilə düz mütənasibdir. Bu o deməkdir ki, ərazi ilə bağlı nə qədər çox məlumat olarsa investorların marağını bir o qədər çox cəlb edə bilər.

Digər sərmayə qoyuluşu

Münaqişədən sonrakı dövrdə ərazilərdə texnologiya sahəsinə cəlb edilməsi düşünülən sərmayələri vençur kapital yaxud kraudfandinq yolu ilə artırmaq olar. İlkin səviyyədə böyük həcmdə sərmayə qoyuluşu çətin olduğundan, kiçik və orta biznes səviyyəsində sərmayələrin cəlb edilməsi sonrakı dövrdə böyük investisiya qoyuluşlarına dəstək olacaq. Bunun nəticəsidir ki, Tayvan və Yaponiya texnologiya sahəsində vençur kapital qoyuluşlarında özlərini doğruldub.

Dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə bir çox sahələrə sərmayə cəlb edilə bilər. İnfrastruktur layihələrin dövlət-özəl tərəfdaşlığı vasitəsilə həyata keçirilməsi özəl sektorun canlanmasına, səmərəliliyin artmasına və dövlət büdcəsinə düşəcək yükün azalmasına gətirib çıxarır. Həyata keçiriləcək layihələrin sayı səmərəliliyin artmasından və xərclərin bölüşdürülməsindən ötrü çoxalır.

Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir. Vətəndaşların ilkin yaşayış səviyyəsini təmin etdikdən sonra onların köçürülməsinə yönələn prosesdə ilkin olaraq sosial və iqtisadi inkişafa dayanan sahələrə diqqət yetirilməlidir. Əlavə olaraq uzun müddətdə dayanıqlı iqtisadi inkişaf modeli yaradılmalı və sərmayə qoyuluşlarında davamlı gəlirlər əldə etmək üçün strateji sahələr seçilməlidir. Son olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonaların potensiallarından səmərəli istifadə olunmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO