DÜNYA
Prezident Polşada ən çox etimad qazanmış siyasətçi olaraq qalır
Varşava, 17 dekabr, AZƏRTAC
Polşa Prezidenti Ancey Duda bu ölkənin ən çox etimad qazanmış siyasətçisi olaraq qalır. CBOS qurumu tərəfindən aparılmış yeni rəy sorğusunda iştirak edənlərin 62 faizi Prezidentə etimad bəslədiklərini bildirib.
AZƏRTAC xəbər verir ki, bu göstərici bir ay əvvəl aparılmış analoji sorğunun nəticələri ilə müqayisədə 5 faiz azalıb.
Eyni zamanda, Prezident Dudaya etimad bildirməyən respondentlərin sayı 3 faiz artaraq 26 faizə çatıb. Rəyi soruşulanların 9 faizi Prezident barədə heç bir fikir söyləməyib.
Baş nazir Mateuş Moravetskiyə etimad bəsləyənlərin sayı bir ay əvvəlki rəy sorğusunun nəticələri ilə müqayisədə 3 faiz artaraq 55 faizə çatıb.
Respondentlərin 28 faizi Moravetskiyə etimad bəsləmədiklərini bildirib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]