SİYASƏT


Prezidentin köməkçisi: Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir

Bakı, 24 fevral, AZƏRTAC

Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanınmasına nail olmaqdır.

Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini daim böyük ehtiramla yad edir. Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir. Çox müsbət haldır ki, 10-dan çox ölkənin parlamenti səviyyəsində və bir çox ölkənin yerli qanunverici orqanları səviyyəsində Xocalı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi qəbul edilib. Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırımı kimi tanıdılmasına nail olunmasıdır. Bu prosesdə də ictimai məlumatlandırma, “Xocalıya ədalət!” kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın fəaliyyəti, diplomatik nümayəndəliklərimizin və diaspora təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır”, - Hikmət Hacıyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.