ELM VƏ TƏHSİL
Professor Pol Gibbs Azərbaycan Universitetində ustad dərsi keçib
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzində magistrant, doktorant və dissertantlar üçün “Tədqiqat metodları” seriyasından ikinci ustad dərsi keçirilib. Ustad dərsini Azərbaycan Universiteti rektorunun məsləhətçisi, Maliyyə və iqtisadiyyat kafedrasının professoru Pol Gibbs aparıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iki həftədən bir keçirilən ustad dərsləri tədqiqat metodologiyaları və yanaşmaları, tədqiqat layihəsi üçün material toplanması, metodlar seçilməsi, materialın kəmiyyət və keyfiyyət baxımından təhlil və təqdim olunması, elmi ədəbiyyatın analizi, tədqiqat suallarının müəyyənləşdirilməsi, tədqiqatın planlaşdırılması, etik prinsiplər, tədqiqatın nəticələrinin çap olunması mövzularını əhatə edir.
Ustad dərsi magistrant, doktorant və dissertantların layihə, diplom və dissertasiya işlərinin uğurlu hazırlanması üçün tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunur.