İDMAN


Pxenyan beynəlxalq marafonunda 900-dən çox əcnəbi yarışıb VİDEO

Bakı, 8 aprel, AZƏRTAC

“Manqyonde” mükafatı uğrunda bu il 30-cu dəfə keçirilən Pxenyan beynəlxalq marafonunda yerli, habelə Çin, Böyük Britaniya, Portuqaliya, Avstriya, Efiopiya, Çexiya, Mərakeş, Keniya da daxil olmaqla 40 ölkədən ümumilikdə 1800-dən çox peşəkar və həvəskar atlet iştirak edib.

AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, aprelin 7-də yarışın açılış mərasimi Koreya Xalq Demokratik Respublikasının (KXDR) qurucusu Kim İr Senin adını daşıyan stadionda keçirilib. Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (İAAF) tanıdığı yarışda marafon və yarım marafon üzrə mübarizə aparanlar Kim İr Sen stadionundan start götürərək Pxenyan küçələri boyunca qaçıblar. KXDR idmançıları Li Kan Bom (kişi) və Li Kvan Ok (qadın) yarışın qalibləri olublar. Kişilərin mübarizəsində efiopiyalı marafonçu ikinci olub. Digər mükafatları yerli marafonçular qazanıblar.

Yarım marafon yarışında kişilərin mübarizəsində Rusiya, qadınlarda isə İsveçrədən olan marafonçu idmançılar qalib olublar. Bundan başqa 10 və 5 kilometr məsafələrə qaçış üzrə də yarışlar keçirilib.

Marafon və yarım marafonun qaliblərinə 10 min, ikinci yeri tutanlara 7 min, üçüncü olanlara isə 4 min ABŞ dolları mükafat verilib.

Qeyd edək ki, 1981-ci ildən keçirilən marafonda əcnəbilər KXDR tərəfinin müəyyən etdiyi turizm şirkətləri vasitəsilə iştirak edə bilirlər. Bu yarış həm də xaricilərin yerli insanlarla ünsiyyəti baxımından diqqət çəkir. Təşkilat komitəsinin məlumatına əsasən, builki yarış iştirakçıların sayı baxımından ən böyük marafon olub. Marafonda xaricilərin yarışmasına 2014-cü ildən başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.