QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Texniki Universitetinin professor və müəllim heyəti Dövlət Müstəqilliyi günü münasibətilə bu ali təhsil ocağının yataqxanasında məskunlaşmış Füzuli, Cəbrayıl və Zəngilandan olan soydaşlarımıza bayram sovqatı aparmışlar.
Məcburi köçkünlər göstərilən qayğı və diqqətə görə universitetin rəhbərliyinə razılıqlarını bildirmişlər.