MƏDƏNİYYƏT
“QADIN DÜNYASI... GÖZƏLLİK VƏ SAĞLAMLIQ” BEYNƏLXALQ FESTİVALI SONA ÇATMIŞDIR
Gənclər və İdman, Səhiyyə nazirliklərinin, “Placard”, “Fleksible Solutions” və “Qazelli” firmalarının təşkilatçılığı ilə keçirilən festivalın bağlanış mərasimində tədbirin əhəmiyyəti xüsusi vurğulanmışdır. Festivalda İtaliyadan, Fransadan, Almaniyadan, Rusiyadan 20, Azərbaycandan ətriyyat firmalarının, “Sabina” mağazalar şəbəkəsi və başqalarının, kosmetoloq, sağlamlıq mərkəzlərinin iştirak etməsi deyilənlərə sübut kimi vurğulanmışdır.
İştirakçılar arasında ölkəmizdə ilk kosmetik firma olan “Qazelli”nin məhsullarına maraq, onun beynəlxalq firmalarla rəqabətə girməsi ölkəmizdə bu sahədə müəyyən təcrubə qazanılmasının nəticəsi sayılmışdır.
Təşkilatçılar “Qadın dünyası... Gözəllik və sağlamlıq” Beynəlxalq festivalının hər il Bakıda keçirilməsi barədə qərar qəbul etmişlər.