İDMAN
“QALA” KOMANDASI RUSİYA ÇEMPİONU İLƏ İKİNCİ DƏFƏ QARŞILAŞACAQDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 24-də kişi basketbol klubları arasında “Avropa Çağırış Kuboku” uğrunda yarışların sonuncu qrup oyunları keçiriləcəkdir. Bu mötəbər turnirdə ölkəmizi təmsil edən “Qala” komandası Rusiyanın Perm şəhərində yerli “Ural Qreyt” klubu ilə cavab görüşü keçirəcəkdir. Komandaların Bakıda keçirilmiş ilk oyununda “Qala” klubu uduzmuşdur. Komandamız noyabrın 22-də Rusiyaya yola düşəcəkdir. Bakı vaxtı ilə saat 18:30-da “Molot” idman sarayında başlanacaq oyunun komissarı Yuri Poqoridkin (Rusiya), hakimləri isə Oskar Leffert (İsveç) və Miodran Liçinadır (Serbiya və Çernoqoriya).
Xatırladaq ki, turnir cədvəlində “Ural Qreyt”in 6, “Ximik”in (Ukrayna) 5, “Qala”nın 4 xalı var. “Qala” komandası bu görüşü qələbə ilə başa vursa, növbəti mərhələyə çıxacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]