SİYASƏT
QARŞILIQLI SƏFƏRLƏR MÜNASİBƏTLƏRİN İNKİŞAFINA TƏKAN VERƏCƏKDİR
Səməd Seyidov xatırlatmışdır ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Parlamentlərarası əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə Milli Məclisin deputatları bu yaxınlarda İsrailə səfər edəcəklər.
Sonra Səməd Seyidov Avropa Şurasının qarşıdan gələn növbəti sessiyası və Azərbaycan Prezidenti İlham Əliyevin bu sessiyada çıxış edəcəyi barədə məlumat vermişdir.
Səfir Eytan Naye demişdir ki, ölkəsi Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. İsrail Avropa Şurasında müşahidəçi qismində təmsil olunsa da, bu qurumda gedən prosesləri diqqətlə izləyir. Azərbaycanın Avropa Şurasındakı nailiyyətləri də İsrail üçün əhəmiyyətlidir.
Diplomat Milli Məclis deputatlarının İsrailə qarşıdakı səfərini yüksək qiymətləndirmişdir. O demişdir ki, bu cür səfərlər əlaqələrimizin inkişafı baxımından əhəmiyyətlidir. İsrail parlamentinin deputatlarının da il ərzində Azərbaycana səfərləri nəzərdə tutulmuşdur.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.