DÜNYA


QAZAXISTAN TATARISTANIN TƏCRÜBƏSİNDƏN FAYDALANMAQ NİYYƏTİNDƏDİR

AZƏRTAC-ın Astanadan aldığı xəbərə görə, Qazaxıstan neft kimyası sənayesini inkişaf etdirmək məqsədi ilə Tatarıstanın təcrübəsindən faydalanmaq niyyətindədir. Bunu Astanada ölkənin Baş naziri Danial Əhmədov Tatarıstan Prezidenti Mintimer Şaymiyevlə danışıqlardan sonra bildirmişdir.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər neft kimyası sahəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlmişlər. Qazaxıstanla Tatarıstanın neft hasilatında gələcək qarşılıqlı fəaliyyəti məsələləri də müzakirə olunmuşdur. D.Əhmədov demişdir: “Tatarıstanda laylardan neft hasilatının artırılmasının ən səmərəli üsulları hazırlanmışdır, Qazaxıstan isə bu problemlə çoxdan məşğul olur . Qazaxıstan ölkənin müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu məsələdə ən mühüm amillərdən biri Kazan vertolyot zavodu ilə əməkdaşlıq olacaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.