ELM VƏ TƏHSİL


Qabiliyyət imtahanları üzrə ekspertlərin məlumat bazasının onlayn təqdimatı keçirilib

Bakı, 17 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) yeni qabiliyyət imtahanları üzrə ekspertlərin məlumat bazasının onlayn təqdimatı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təqdimatda Mərkəzin əməkdaşları, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən təyin edilən nümayəndələr iştirak ediblər. Birinci mərhələdə ümumilikdə 50-yə yaxın ali və orta ixtisas təhsili müəssisəsini özündə birləşdirən məlumat bazasının sonrakı mərhələlərdə daha çox təhsil müəssisəsini əhatə etməsi nəzərdə tutulur.

Yeni vahid informasiya sisteminin yaradılmasında əsas məqsəd ölkənin milli sərvəti olan müəllim-ekspertlər haqqında zəruri məlumatların toplanması və idarə olunmasıdır. Digər məqsəd isə daha çox peşəkar müəllimin imtahanlara cəlb edilməsi və müvafiq təhsil müəssisələri ilə daha sıx əməkdaşlığın təmin edilməsidir.

Təqdimatda vurğulanıb ki, ölkəmizdə dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması prosesi son illərdə sürətlənib. Qabiliyyət imtahanları üzrə ekspertlərin məlumat bazasının yaradılması bu prosesin tərkib hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.