SİYASƏT
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı
2018-ci il 25 aprel tarixdə Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.
Bununla əlaqədar olaraq komitə sədrinin tapşırığı əsasında qurumun əməkdaşları həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olub.
Qeyd etmək istəyirik ki, Alıməmmədov Malik Hidayət oğlunun mənzili bərpa edilib və yanğın zamanı ailəyə məxsus əşyalara dəymiş ziyanın ödənilməsi qismən təmin olunub.
Bununla bağlı Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlu yanğın zamanı dəymiş ziyanın qismən aradan qaldırıldığına görə komitəyə təşəkkür məktubu göndərib.