Qadın güləşi üzrə Azərbaycan millisinin üzvləri Rusiyada təlim-məşq toplanışı keçiblər
AzerTAg.az
27.01.2022 [15:35]
Bakı, 27 yanvar, AZƏRTAC
Qadın güləşi üzrə Azərbaycan millisinin üzvləri Rusiyada təlim-məşq toplanışı keçiblər.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında hazırlıq prosesinə qatılan komandamız Rusiya, Qazaxıstan və Qırğızıstan komandaları ilə birgə intensiv məşqlərdə iştirak edib. İki həftə davam edən təlim-məşq toplanışında millimiz həm fiziki, həm də taktiki-texniki hazırlıqlarda yaxından iştirak edib.
Qeyd edək ki, yığmanın üzvləri toplanış başa çatdıqdan sonra digər komandalarla birgə ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirə turnirində iştirak edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
26.05.2022 [23:46]
26.05.2022 [20:36]
26.05.2022 [19:38]
26.05.2022 [19:21]

MULTİMEDİA
26.05.2022 [21:02]
26.05.2022 [22:01]
26.05.2022 [19:06]
27.05.2022 [00:43]
26.05.2022 [23:51]
26.05.2022 [20:55]
26.05.2022 [19:53]
26.05.2022 [19:32]
26.05.2022 [19:29]
26.05.2022 [19:11]
26.05.2022 [18:29]
25.05.2022 [20:13]
25.05.2022 [17:28]
25.05.2022 [15:53]
24.05.2022 [18:48]
26.05.2022 [20:54]
26.05.2022 [18:09]
26.05.2022 [17:27]
26.05.2022 [16:50]
26.05.2022 [16:46]
25.05.2022 [13:39]
25.05.2022 [11:48]
26.05.2022 [23:43]
26.05.2022 [22:40]
26.05.2022 [22:24]
Xəbərin mətnində orfoqrafik səhv var