Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qafur Məmmədov adına parkda qəhrəmanın 100 illiyi qeyd edilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrinin birgə təşkilatçılığı ilə Səbail rayonunda Qafur Məmmədovun adını daşıyan parkda dövrünün ən yüksək mükafatı olan “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüş həmyerlimiz Qafur Nəsir oğlu Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunan vətənpərvərlik tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyi rəsmilərinin, hərbi dənizçilərin, müharibə veteranlarının, ziyalı və məktəblilərin, eləcə də Səbail rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir başlamazdan əvvəl hərbi orkestrin müşayiəti ilə qəhrəmanın büstü qarşısına qızılgül çələngi qoyulub, Qafur Məmmədovun timsalında Vətənimizin şəhid oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq deyib: “Qəhrəmanlıq xalqımızın qanına hopmuş ali bir hissdir. Qəhrəmanlıqla ölmək əbədi həyat qazandırır. Qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzun olur. Qədirbilən xalqımız əsrlər boyu qəhrəmanlıq ənənələrini qoruyaraq davam və inkişaf etdirmiş, qəhrəmanların şəninə zaman-zaman dastanlar bağlamış, igid oğulların adlarını həmişə uca tutmuşdur. Ən böyük əsərdir dünyada hünər, o da övlad kimi doğulsun gərək!”.

Polkovnik A.Qurbani diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinə həmişə sonsuz ehtiram və məhəbbətlə yanaşıb, torpaqlarımıza təcavüz edən yadelli işğalçıların qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının həyat və rəşadətlərini yüksək qiymətləndirib, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəf və vicdanla davam etdirməyi məsləhət görüb.

Ulu öndər Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir. Ata-babalarımızın keçdiyi şanlı döyüş yolundadır. Hər bir xalq bu yolu keçib. Əgər bu gün hər hansı xalq tarix səhnəsindədirsə, deməli, onun tarixi inkişafında, xalq kimi formalaşmasında özünəməxsus qəhrəmanlıq ənənələri olub.

Gələn il 100 illik yubileyini təntənə ilə qeyd edəcəyimiz görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda çıxışı zamanı digər qəhrəmanlarla yanaşı, Qafur Məmmədovun da adını böyük iftixar hissi ilə çəkdiyi vurğulanıb. Ulu Öndərin söylədiyi “Biz onları böyük hörmət və ehtiram hissi ilə xatırlayırıq... Atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqiliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır” fikirlər günümüzün şüarına çevrilib.

Nəzərə çatdırılıb ki, Qafur Məmmədov 1922-ci il oktyabrın 5-də Bakının Qala kəndində anadan olub. Məşhur “Qırxlar” nəslindəndir. 1941-ci ilin avqustunda könüllü olaraq müharibəyə yollanan Qafur Məmmədov Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada taborunda matros-rabitəçi vəzifəsində xidmət edib. Qəhrəman şəhər Sevastopolun müdafiəsində fərqlənib. Krasnodar diyarının Tuapse şəhəri yaxınlığında ağır döyüşlər zamanı əsl qəhrəmanlıq nümunələri göstərib. 13 düşmən avtomatçısını və minaatan heyətini məhv edib. Komandirini düşmən atəşindən qoruyaraq qəhrəmancasına həlak olub. 1943-cü il martın 31-də igid həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

Azərbaycan oğullarının yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərə malik olduğunu, dostluğa, qardaşlığa xüsusi önəm verdiyini döyüş meydanlarında dəfələrlə təsdiq edən qəhrəmanımızın xatirəsinə bir çox xalqların, o cümlədən Azərbaycanın şair və yazıçıları ən gözəl əsərlərini həsr edib, adı əbədiləşdirilib. Süleyman Rüstəmin “Qafurun qəlbi” adlı şeiri Qafur Məmmədovun şərəfinə yazılan böyük bir ədəbi abidədir.

Dahi lider Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti İlham Əliyev də hərb tariximizə xüsusi önəm verir və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın qəhrəman övladlarının adlarının əbədiləşdirilməsi istiqamətində bir çox layihələr reallaşır.

Bu ilin baharında, yağışlı bir may səhərində, 9 May - Qələbə Günündə dövlətimizin başçısının Şəhidlər xiyabanına gələrək görkəmli sərkərdə Həzi Aslanovun abidəsini ziyarət etməsi igid oğullarımızın xatirəsinə böyük ehtiramın təcəssümüdür.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan park yenidən qurulub və ölkə rəhbəri 2011-ci il mayın 9-da burada yaradılan şəraitlə tanış olmaq üçün parka gəlmiş, qəhrəmanın abidəsini ziyarət edərək onun qohumları ilə görüşmüşdür. 2016-cı il noyabrın 18-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Qafur Məmmədov adına quru yük gəmisinin istismara verilməsi mərasimində İlham Əliyevin şəxsən iştirakı da qəhrəmanımızın xatirəsinə dövlət səviyyəsində göstərilən böyük diqqətin təsdiqidir.

Hərbi Dəniz Qüvvələri İdeoloji İş və Mənəvi-Psixoloji Təminat şöbəsinin rəisi polkovnik Kamil Məmmədov, İkinci Dünya müharibəsi veteranı Ağabala İsgəndərov, Müdafiə Nazirliyinin zabiti polkovnik Elvin Əzizov, Respublika Veteranlar Təşkilatı sədrinin müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov, uzun müddət Qafur Məmmədovun adını daşıyan Azərbaycan Dəniz Yolları məktəbində çalışmış texnika üzrə fəlsəfə doktoru Hacı Babayev, Səbail rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova və başqaları çıxış edərək bu gün Azərbaycan Ordusunda yüzlərlə, minlərlə Qafur Məmmədov kimi qəhrəman oğulların olduğunu qeyd edib, onların rəşadət və şücaətlərindən söhbət açıblar. Hərbi dənizçilərimizin də 44 günlük Vətən müharibəsində Zəfər tariximizə yeni-yeni parlaq səhifələr yazdıqları xüsusilə qeyd edilib.

Səbail rayonundakı R.Hüseynov adına 49 nömrəli tam orta məktəbin şagirdləri şeirlər söyləyib, hərbi orkestrin ifasında müharibə illərinin marşları səsləndirilib.

Qəhrəmanın qardaşı qızı Tamilla Məmmədova göstərilən yüksək diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, əmisi haqqında eşitdiyi xatirələri bölüşüb, bu abidə qarşısında Müzəffər Ali Baş Komandan İlham Əliyevlə görüşünü həyatının ən xoş anları kimi yada salıb.

Vətənpərvərlik tədbiri Hərbi Dəniz Qüvvələrinin hərbi orkestrinin ifa etdiyi Rüfət Axundzadənin “Qələbə” marşı, xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub