REGİONLAR
Qanlı Yanvar hadisələri xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək
Balakən, 20 Yanvar, Mustafa Dadaşov, AZƏRTAC
20 Yanvar faciəsinin otuzuncu ildönümü Balakən rayonunda silsilə tədbirlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərinin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən xatirə tədbirinin iştirakçıları əvvəlcə foyedə şəhidlərin xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxıblar.
Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu vurğulanıb, bu hadisələrin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi qeyd olunub.
Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.