DÜNYA


Qanunsuz yollarla Türkiyə ərazisini tərk etmək istəyən 70 miqrant saxlanılıb

Qanunsuz yollarla Türkiyə ərazisini tərk etmək istəyən 70 miqrant saxlanılıb

İstanbul, 22 mart, AZƏRTAC

Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 70 miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, onlardan 48-i Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonuna yaxın ərazidə Egey dənizində ələ keçiriliblər. Digər 22 nəfər isə İzmir vilayətinin Dikili rayonunda saxlanılıb.

Onların rezin qayıqlarla Yunanıstana keçmək istədikləri müəyyən edilib.

Miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.

İzmirin Çeşmə rayonu yaxınlığında martın 19-da üç nəfərin həlak olması ilə nəticələnən qayığın batması zamanı itkin düşən bir miqrant tapılıb. Axtarışları üç gün davam edən 16 yaşlı Somali vətəndaşı olan bu şəxsin Boğaz adasına çıxdığı, ötən bu günlər ərzində ətrafda bitən otları yeyərək sağ qala bildiyi müəyyən edilib. Miqrant Çeşmənin Alper Çizğenakat Dövlət Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.