REGİONLAR


Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının ilk iclası olub

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının iyulun 29-da ilk iclası olub.

AZƏRTAC xəbər verir ki, iclas Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun sədrliyi ilə keçirilib.

İclasda Müşahidə Şurasının üzvləri - iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova iştirak ediblər.

Emin Hüseynov iclası açaraq, əvvəlcə Xidmətin Müşahidə Şurasının sədrinin və üzvlərinin təyin olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Sonra hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olmuş Azərbaycan xalqının Qələbəsinin əbədiləşdirilməsi məqsədilə məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması xüsusi vurğulanıb. İclasın sədri Müşahidə Şurasının üzvlərini yeni yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətləri və Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad edilmiş ərazilərdə əhalinin qayıdışı ilə əlaqədar qarşıda duran vəzifələr və görüləcək işlər barədə ətraflı məlumat verib.

İclasda, həmçinin Fərmandan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Xidmətin fəaliyyətinin təşkili sahəsində ilkin mərhələdə ən vacib məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.

Sonda Müşahidə Şurasının sədri Xidmətin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı müvafiq tapşırıqlar verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.