İDMAN


“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib

Bakı, 30 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Qarabağ” - “Vilyareal” oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar Türkiyənin İstanbul şəhərindəki “Fatih Terim” stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hər iki komanda oyuna itkilərlə çıxıb. Azərbaycan çempionunun heyətində kapitan Maksim Medvedev, Bədavi Hüseynov və Mahir Emreli zədə səbəbindən əsas heyətdə yer almayıb. Medvedevin yoxluğunda "köhlən atlar"ı meydana kapitan kimi Qara Qarayev çıxarıb. La Liqa təmsilçisində isə Jerar Moreno, Alberto Moreno, Dani Parexo və Pervis Estupinyan zədəli olduqlarından oyunu buraxıblar.

Matça gəlincə, birinci hissədə ilk təhlükəli vəziyyəti qonaqlar yaradıblar. Görüşün 17-ci dəqiqəsində künc zərbəsindən ötürülən topu Ruben Penya başla qapıya göndərmək istəsə də, dirək qola mane olub. Matçın 32-ci dəqiqəsində isə Mani Trigerosun standart vəziyyətdən vurduğu topu Şahruddin Məhəmmədəliyev çətinliklə dəf edib. İlk hissədə hesab açılmayıb.

İkinci yarıya da fəal başlayan “Vilyareal” 53-cü dəqiqədə hesabı açmağa yaxın olub. Sol cinahdan qapıçı ilə üzbəüz qalan Samuel Çukvuezenin fərqlənməsinə yenə də Məhəmmədəliyev imkan verməyib. Altı dəqiqə sonra “Qarabağ”ın qolkiperi bu dəfə Takefusa Kubanın qüvvətli zərbəsini qarşısını alıb. Qarşılaşmanın 62-ci dəqiqəsində Çukvueza növbəti dəfə diqqət mərkəzinə düşüb. Sol cinahdan yerlə ötürməni saxlamadan qapıya göndərən nigeriyalı vingerin sevinməsinə Kevin Medina mane olub. Oyunun 69-cu dəqiqəsində Xayme Kostanın zərbəsi qapı torunu yandan silkələyib.

“Qarabağ” ikinci yarıda ilk qol epizodunu 76-cı dəqiqədə yaxalayıb. Cərimə meydançasının qarşısında topu qəbul edən Uroş Matiçin zərbəsində azacıq dəqiqlik çatmayıb. Cəmi 2 dəqiqə sonra isə Qurban Qurbanovun komandası hesabı açıb. Patrik Andradenin ötürməsindən sonra Kvabena Ovusu fərqlənib. Lakin “Qarabağ”ın qol sevinci cəmi 2 dəqiqə çəkib. Görüşün 80-ci dəqiqəsində Yeremi Pino tarazlığı bərpa edib. Matçın 84-cü dəqiqəsində isə ikinci hissədə meydana daxil olan Pako Alkaser komandasını hesabda önə keçirib. Oyunda son nöqtəni də Alkaser qoyub. Qarşılaşmanın 90+6-cı dəqiqədə penaltidən fərqlənən forvard yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 6-ya çatdıran “Vilyareal” liderliyini möhkəmlədib. Xalsız “Qarabağ” isə 4-cü pilləyə enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.