İDMAN
“Qarabağ” və “Vorskla” komandalarının start heyətləri açıqlanıb
Bakı, 25 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 25-də saat 20:55-də başlayacaq “Qarabağ” – “Vorskla” görüşü üçün komandaların start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner da Silva, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, İnnosent Emeqara, Miçel Madeyra, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Yakub Jezniçak və Donald Gerye yer alıblar.
“Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku, Pavlo Rebenyo çıxacaqlar.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roi Raynşrayber olacaq. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
“E” qrupunun digər oyunu Portuqaliyada oynanılacaq. “Sportinq” klubu İngiltərənin “Arsenal” komandasını qəbul edəcək.