İDMAN


“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum olub

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ilkin mərhələdə Şimali Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun yetirmələri bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcəklər.

Birinci təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.