İQTİSADİYYAT


Qaradağ rayonunun Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsi təmir olunur

Bakı, 8 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Qaradağ rayonunda ümumi istifadədə olan küçə və yolların əsaslı təmiri həyata keçirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, "İnvestisiya Proqramı" çərçivəsində paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsinin əsas yollarından biri olan və uzunluğu 3200 metr, ortalama eni 10 metr təşkil edən Məhərrəm Seyidov küçəsinin təmiri işlərinə başlanılıb.

Təmir çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bundan başqa, mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi işləri də görülür.

Daha sonra zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılacaq və yeni asfalt-beton örtüyü döşənəcək.

Ümumilikdə, cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri aparılan küçələrin uzunluğu 19.6 kilometr təşkil edir. Artıq bir çox küçədə təmir işləri yekunlaşıb.

Qeyd olunub ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.