REGİONLAR


Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda təmir işləri aparılır

İsmayıllı, 11 sentyabr, AZƏRTAC

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 26-28–ci kilometrində təmir işləri aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtomobil yolunun təmir olunan hissəsi əsasən İsmayıllı şəhərinin ərazisindən keçir. Ə.Ələkbərzadə küçəsi də daxil olmaqla, yolun 3,3 kilometrində çiyin hissələri son vaxtlar yağan leysan yağışlarının yaratdığı sel sularının təsirindən yuyularaq yararsız vəziyyətə düşmüşdü. Ümumilikdə 4530 kvadratmetr sahədə asfalt örtük döşənəcək. Artıq bəzi hissələrdə asfalt çəkilişinə başlanılıb.

Qeyd edək ki, yolun təmiri sakinləri müraciətinə əsasən, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə aparılır və “9 nömrəli Yol İstismar” MMC tərəfindən həyata keçirilir.

Növbəti mərhələdə Sumağalı-Qulacıq və İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yollarının cari təmiri nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.