Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qaranquşlar Cocuq Mərcanlıda yuva qurur FOTOREPORTAJ VİDEO

Prezidentin Sərəncamı ilə qısa müddətdə bərpa olunmuş Cocuq Mərcanlı kəndi sakinlərini qarşılamağa hazırlaşır

Cəbrayıl, 12 iyun, AZƏRTAC

Avtomobilimiz yeni çəkilmiş asfalt yolla şütüyür. Üz tutduğumuz ünvan bütün Azərbaycanın diqqət mərkəzində olan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndidir. Bu, bizim Cocuq Mərcanlıya ilk səfərimiz deyil. Azərbaycan Ordusunun 2016-cı ilin uğurlu aprel döyüşlərindən sonra kənddə aparılan geniş quruculuq işləri AZƏRTAC tərəfindən mütəmadi işıqlandırılıb. Azğın düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı gözlərimiz önündə qısa bir zamanda bərpa olunaraq ikinci həyatına qovuşur. Bu, Qarabağa “Böyük qayıdış”ın ilk müjdəsidir.

Yolboyu uzanan taxıl zəmiləri və Lələtəpədə dalğalanan Azərbaycan bayrağı

Yolun kənarında həyat rəmzi olan sap-sarı taxıl zəmiləri uzanır. Digər tərəfdə isə sıralanan yüksəkliklər – üzərində üçrəngli bayrağımız ucalan Lələtəpə yenicə həyata dönmüş Cocuq Mərcanlını sanki ana kimi bağrına basır.

Yeni salınmış qəsəbənin giriş qapısından Cocuq Mərcanlıya daxil oluruq. Böyük yol nişanı diqqətimizi ilk baxışda cəlb edir. Burada Cocuq Mərcanlıdan işğal altındakı torpaqlarımıza - Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Füzuliyə, Şuşaya, Xankəndinə qədər olan məsafə əksini tapıb. Qarşıda isə yeni qəsəbənin gözəl panoramı açılır.

Aldığımız məlumata görə, qəsəbədə aparılan tikinti işləri artıq yekunlaşıb. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən tikilən qəsəbədə 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Küçələrdə gecə işıqlandırma sistemi qurulub. Su, qaz, telefon xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Subartezian quyusu qazılıb. Qəsəbədaxili yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Həmçinin 35/10 kilovoltluq yeni yarımstansiya inşa edilib, komplekt transformator məntəqəsi, subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb, 0,4 kilovoltluq şəbəkə yaradılıb. Növbəti mərhələdə isə 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur.

Qəsəbə yolunda rastlaşdığımız bir neçə nəfərlə həmsöhbət oluruq. Onlardan biri Gülizar Səfixanova sevinc göz yaşları içində deyir: “24 ildir doğma kəndimdən ayrı düşmüşəm. Axır ki, bu ayrılığa son qoyulur. Qəsəbə hələ sakinlərinə təhvil verilməsə də dözə bilməyib, Bakıdan bura baş çəkməyə gəldik. Bilmirəm bu evlərdən hansı bizim olacaq. Fərq etməz, əsas olan doğma torpağa qayıdışdır. Bu sevinci bizə bəxş edən dövlətimiz, Prezidentimiz var olsun”.

80 yaşlı Minarə nənənin sevinci və arzusu

Cocuq Mərcanlıya hər səfərimizdə ötən illər ərzində kəndi tərk etməyən yeganə ailə - Həziyevlər ailəsinə baş çəkirik. Bu dəfə də ənənəmizə sadiq qaldıq. Ailə üzvləri bizi həmişəkindən daha yüksək əhval-ruhiyyə ilə qarşıladılar.

Kəndin bərpası hamı kimi, ailənin ağbirçəyi - 80 yaşlı Minarə nənənin də böyük sevincinə səbəb olub: “23 ildən çoxdur burada tək yaşayırıq. Həmişə arzu edirdim ki, camaatımız, qonum-qonşumuz geri qayıtsın. Şükürlər olsun Allaha, arzuma çatdım. Tezliklə kəndimizin toy-büsatlı, xoş günləri yenidən başlayacaq. Bir də ki, bu yaşımda kəndimizdə azan səslənəcəyi günü səbirsizliklə gözləyirəm. Qəsəbəni qurub yaradanlara, məscidi tikənlərə Allahdan cansağlığı arzulayıram”.

Cocuq Mərcanlı kənd məktəbi 96 şagirdi qoynuna alacaq

Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlıda 96 şagird yerlik məktəb binası da inşa edilib. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostend quraşdırılıb. Dəhlizdə 2016-cı ilin aprel döyüşlərini, Cocuq Mərcanlının bərpadan əvvəlki və sonrakı görüntülərini, xarici jurnalistlərin və diplomatik nümayəndəliklərin kəndə səfərlərini əks etdirən fotolardan ibarət stendlər yer alıb. Məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib. Həyətdə voleybol və basketbol meydançaları yaradılıb, yaşıllıq salınıb.

Cocuq Mərcanlı kənd sakini Siyasət Məmişova yeni dərs ilində qəsəbədə inşa edilən məktəbdə müəllim işləyəcək. Siyasət müəllimə sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyir: “Qəsəbədə yaraşıqlı evlər, müasir məktəb binası inşa edilib. Mənim payıma isə ikiqat sevinc düşür. Çünki qəsəbədə həm evlə təmin olunacam, həm də müasir, gözəl məktəbdə dərs deyəcəm. Uzun illərdən sonra kəndimizin uşaqları nəhayət öz məktəbimizdə təhsil alacaqlar”.

Səkkizinci sinif şagirdi Azad Mirzəliyev qonşu kənddə - Füzulinin Qazaxlar kəndində yaşayır. O, ata yurdu olan Cocuq Mərcanlıya hər gün baş çəkir, yeni məktəbə gedəcəyi günü səbirsizliklə gözləyir. Deyir ki, doğma kəndin bərpa olunmasına çox sevinir. Bura köçəcəkləri, kənd uşaqları ilə bir məktəbdə oxuyacağı günün həsrətindədir.

Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri üç aydan da tez tikilib

Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də inşa edilib. Bu, işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır: Azərbaycanın İslam dünyasının bir parçası olduğunu, tarixi keçmişinə sadiqliyini nümayiş etdirir. Biz Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini yaratdıq. Gün gələcək, Şuşa da işğaldan azad olunacaq, Şuşa məscidi də bərpa ediləcək.

Ərazisi 50 sot olan məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir. Bu barədə məlumat verən iş icraçısı İsmayıl Ağabəyov bildirir ki, məscidin inşası qısa vaxtda və yüksək keyfiyyətlə başa çatdırılıb: “Eşidəndə ki, Cocuq Mərcanlıya tikintidə çalışmağa gedirik, briqadamızın üzvləri çox sevindilər. İnşaat işlərinə martın 22-də başladıq. Hamı böyük ruh yüksəkliyi ilə işlədi və tikintini vaxtında tamamladıq. Ən böyük arzumuz odur ki, bütün torpaqlarımız azad edilsin, Ağdamda, Şuşada və digər şəhər və kəndlərimizdə məscidləri bərpa edək”.

Cocuq Mərcanlının ilk taxılı və qaranquş yuvaları

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad olunması təmas xəttinə yaxın ərazilərdə yüzlərlə hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaradıb.

İndi Cocuq Mərcanlı sakinləri kəndin ətraf ərazilərində təhlükəsiz şəraitdə əkin-biçinlə məşğul ola bilirlər. Biz Cocuq Mərcanlıda olanda kənd sakini Arif Həziyev becərdiyi taxılı biçirdi. “Əvvəllər bu ərazilər çox təhlükəli idi. Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra artıq təsərrüfatda rahat işləyə bilirik. Gördüyünüz kimi, ötən ilin payızında əkdiyimiz arpanı biçirik. Məhsulumuz boldur”, – deyə A.Həziyev bildirir.

Cocuq Mərcanlıdan geri dönərkən evlərdən birinin eyvanındakı divarda yuvasına qonmuş qaranquş gördük. Bunu təsadüf yox, qanunauyğunluq hesab etdik. Qaranquşun gəlişi həyat əlaməti, qarşıdakı xoş günlərin müjdəsidir.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Qaranquşlar Cocuq Mərcanlıda yuva qurur FOTOREPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk