Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qasım Məmmədov: UFAZ-ın yaradılması Azərbaycan təhsilində yeni hadisədir VİDEO

Bakı, 18 iyul, K.Əliyeva, AZƏRTAC

Prezident İlham Əliyev 2016-cı il iyunun 9-da “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə Sərəncam imzalayıb. Azərbaycan Respublikasında ali təhsil sisteminin təkmilləşdirilməsi və Fransanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də vətəndaşlara xaricə getmədən öz vətənlərində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə imzalanan sənəd əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində yeni ali məktəb - UFAZ yaradılıb. Bu ali məktəbin gələcək fəaliyyəti və görəcəyi işlər ictimaiyyətin marağını cəlb edir. ADNSU-nun tədris işləri üzrə prorektoru Qasım Məmmədov AZƏRTAC-a müsahibəsində bu və digər məsələlər barədə ətraflı məlumat verib.

-UFAZ-ın yaranması hansı zərurətdən irəli gəlib? Dövlət başçısının bununla bağlı Sərəncamının əhəmiyyəti barədə nə deyərdiniz?

-Bu, Azərbaycan təhsilində yeni hadisədir, çünki ilk dəfə belə bir ali məktəbin Azərbaycanda yaradılması, sözsüz ki, çox böyük əhəmiyyət daşıyır. Sərəncamın əhəmiyyəti bir də ondadır ki, Azərbaycan gənci ölkə hüdudlarını tərk etmədən Avropanın ən qabaqcıl universitetlərindən olan Strasburq Universitetinin metodikası əsasında təhsil ala biləcək və təhsilini başa vurduqdan sonra ona həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomu veriləcək. Yəni UFAZ-ı bitirən gənclərə iki diplom veriləcək. Bunlar iki ayrı diplomlar olacaq və Strasburq Universitetinin diplomu Fransada verilən diplomla eyni qüvvəyə malikdir. Onu da qeyd etmək istəyirəm ki, UFAZ-ın məzunları həm Azərbaycanda, həm də Fransada işlə təmin olunacaqlar.

- Ümumiyyətlə, bu ali məktəbdə təhsil hansi üstünlükləri ilə fərqlənəcək, Azərbaycan təhsilinə nə kimi yeniliklər gətirəcək? Bu ali məktəbdə tələbə qəbulu qaydaları barədə məlumat verməyinizi xahiş edirik.

-UFAZ-da fransız metodikası əsasında dörd ixtisas üzrə tədris aparılacaq. Pedaqoji heyətin əlli faizi Fransadan dəvət olunacaq, əlli faizini isə bizim universitetin müəllimləri təşkil edəcəklər. Tədris ingilis dilində həyata keçiriləcək. İngilis dili beynəlxalq dil olduğu üçün tələbələrin asanlıqla transfer olunmaları, yəni xaricdən gəlib burada təhsil almaları, yaxud buradan gedib xaricdə təhsil almaları üçün tədrisin ingilis dilində aparılması qərara alınıb. Lakin, eyni zamanda, UFAZ layihəsi çərçivəsində tələbələrə fransız dili də tədris olunacaq. Yəni yuxarı kurslarda bəzi fənlərin fransız dilində tədris olunması nəzərdə tutulur. Birinci il hazırlıq mərhələsi olacaq. İkinci, üçüncü və dördüncü kurslarda isə tələbələr fransız metodikası ilə təhsil alacaqlar. Gənclər ikinci və üçüncü kurslarda mübadilə proqramı çərçivəsində Fransada bir semestr müddətində təhsil almaq üstünlüyünə malik olacaq və eyni zamanda, yay məktəblərində iştirak etmək imkanı qazanacaqlar.

İyulun 15-də birinci qrupda imtahan vermiş abituriyentlər arasında 500 və ondan yuxarı bal toplamış gənclər UFAZ-a qəbul olunmaq üçün namizəd qismində iyulun 18-dən 23-dək online qaydada və yaxud ADNSU-ya gəlməklə qeydiyyatdan keçə bilərlər. İyulun 25-26-da onlara imtahanda iştirak etmək üçün vəsiqələr veriləcək. İyulun 27-də isə imtahan keçiriləcək. Bir məsələni də diqqətə çatdırmaq istərdim ki, imtahanlarda həm Azərbaycan, həm də rus bölməsi üzrə abituriyentlər iştirak edə bilərlər. İmtahanlar Fransa tərəfin hazırladığı, dörd fənn üzrə test sualları və ingilis dilində iki qısa esse yazılması ilə aparılacaq. Qiymətləndirmə Fransa tərəfindən həyata keçiriləcək. Dörd fənn üzrə - fizika, riyaziyyat, kimya, ümumi fənlər blokundan 10 sual təqdim ediləcək. Hər sual iki balla qiymətləndiriləcək. İki səhv cavab bir duz cavabın balını aparır. İki essenin hər biri 10 balla qiymətləndirilir. Tələbələr imtahandan əvvəl qeydiyyatdan keçəndə hansı ixtisası seçdiklərini əvvəlcədən bildirəcəklər. Onların qəbul aparılan dörd ixtisas üzrə həm dövlət sifarişi ilə, həm də ödənişli əsaslarla təhsil almaq imkanları var. Tələbələr istədikləri ardıcıllıqda dörd dövlət sifarişli və dörd ödənişli ixtisası, yəni ümumilikdə səkkiz ixtisası qeyd edəcəklər. Topladıqları bala uyğun sıralamada ilk 30 nəfər ixtisaslar üzrə dövlət sifarişi ilə, sonrakı 10 nəfər isə ödənişli əsaslarla qəbul olunacaq. Ümumilikdə bu il UFAZ-a 160 gəncin qəbul olunması planlaşdırılır. İxtisaslara gəldikdə, onu deyə bilərəm ki, bu ixtisaslar Strasburq Universiteti ilə birgə hazırlanan kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi ixtisasları, Fransanın Renn1 Universiteti ilə birgə hazırlanan neft-qaz mühəndisliyi ixtisasıdır.

-UFAZ üçün ayrıca tədris binası nəzərdə tutulubmu? Bu, universitet üçün hansı imkanları yaradacaq?

-UFAZ üçün ADNSU-nun üçüncü tədris binası nəzərdə tutulub. Hazırda orada təmir işləri gedir. Tarixi tikili olduğuna və əsaslı təmirə ehtiyac duyulduğuna görə bina gələn tədris ilinə hazır olacaq. Amma vəziyyətdən çıxmaq üçün biz əsas binamızın bir hissəsində, yeni tədris ilinədək təmir işləri başa çatdıqdan sonra UFAZ üçün lazım olan hər bir şəraiti yaradacağıq. UFAZ-ın rəhbərliyinə gəldikdə isə, bu ali məktəb Strasburq Universitetinin və ADNSU-nun rektorları və yaxud onların təyin etdikləri nümayəndələr tərəfindən idarə ediləcək.

Valideynlərə və abituriyentlərə müraciət edərək bildirirəm ki, həqiqətən də Azərbaycanı tərk etmədən Avropanın nüfuzlu ali məktəbinin diplomunu almaq mümkündür. Onları maraqlandıran sualları cavablandırmaq üçün iyulun 19-da saat 11:00-da ADNSU-nun əsas tədris binasında “Açıq qapı” günü keçiriləcək.

Qeyd etmək istəyirəm ki, bir sıra təhsil müəssisələrində UFAZ-ın təqdimatı keçirilib. Bu ali məktəbdə təhsil almaq üçün bizə müraciət edənlər çoxdur. Keçid balına gəldikdə, abituriyentlər maksimum yüz bal toplaya bilərlər. Sıralanma yüz baldan aşağıya doğru aparılacaq.

UFAZ-ın yaradılmasını ölkə Prezidentinin bizim ali məktəbə göstərdiyi böyük etimad kimi qəbul edirik və işimizi elə quracağıq ki, bu layihədən gənclərimiz yüksək səviyyədə bəhrələnsinlər. İnanıram ki, UFAZ tezliklə ölkəmizin ən qabaqcıl ali təhsil müəssisələrindən birinə çevriləcək.

Qasım Məmmədov: UFAZ-ın yaradılması Azərbaycan təhsilində yeni hadisədir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində