REGİONLAR
Qax polisi şəhid ailələrini və qaziləri ziyarət edib
Bakı, 23 aprel, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin əməkdaşları şəhidlərimizin ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı Ramazan ayı ilə əlaqədar ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhid ailələri və qazilərlə görüşdə dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan, qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb. Onların hünərinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.
Aztəminatlı ailələrin də evində qonaq olan asayiş keşikçiləri onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.
Ümumilikdə, rayon ərazisində yaşayan 60 belə ailə ziyarət olunub, onlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]