REGİONLAR
Qax teatrının səhnəsində “Tikanlı yalanlar”
Qax, 28 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında Əzizə Əhmədovanın qələmə aldığı “Tikanlı yalanlar” əsəri üzərində məşqlərə başlanılıb. Teatrın 2018-ci il üçün nəzərdə tutulmuş repertuar-planı əsasında hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nərmin Fətəliyevadır. Tamaşada əsas rolları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Elnarə Babayeva, Nuru Mustafayev və başqaları ifa edirlər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru Nazim Mahmudov məlumat verib.
Direktor bildirib ki, yaradıcı kollektiv yeni səhnə əsərini dekabrın sonunda tamaşaçılara təqdim edəcək. Repertuar-plana daxil edilən digər tamaşa - Osman Abdullayevin “Diş əhvalatı” əsəri üzərində məşqlər isə artıq yekunlaşıb. Hazırda kollektiv bu tamaşa ilə məktəblilər qarşısında çıxışlar edir.
Yaradıcı kollektiv, eyni zamanda, Yeni il şənlikləri ilə əlaqədar balacalar üçün xüsusi proqram da hazırlayır. Tamaşa qış tətili günlərində uşaqlara təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]