REGİONLAR


Qaxda indiyədək 194 hektar sahəyə tütün şitilləri köçürülüb

Qax, 24 may, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında tütün əkini davam edir. Fermerlər indiyədək 194,1 hektar sahəyə tütün şitilləri köçürüblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, builki mövsümdə Qax rayonunda 400 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılır. Tütünçü fermerlərlə bağlanmış müqavilələrə əsasən, cari ildə Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO Industry” MMC tərəfindən 250 hektar, “Azərtütün ASK” MMC (“Tabaterra Leaf” QSC) tərəfindən isə 150 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. İndiyədək “Azərtütün ASK” MMC tərəfindən 109,3 hektar, “Zaqatala AGRO Industry” MMC tərəfindən isə 84,8 hektar sahəyə tütün şitilləri köçürülüb.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 477 hektar sahədən 560,8 ton quru tütün əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.