DÜNYA
Qazaxıstan Prezidenti “Kaşaqan” yatağı barədə göstəriş verib
Nur-Sultan, 22 aprel, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizindəki “Kaşaqan” yatağının cari ilin sonunadək tammiqyaslı inkişaf planının təsdiqləməsi barədə göstəriş verib.
AZƏRTAC “inform.kz” saytına istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, istehsal olunan neft həcmini ildə 15 milyon ton artırmaq mümkündür. Nəticədə iş yerləri açılacaq, yerli xidmət şirkətləri, kiçik və orta sahibkarlar üçün geniş imkanlar yaradılacaq.
Prezident bildirib ki, bölgə iqtisadiyyatının inkişafı üçün böyük gözləntilər neft və qaz kimyası ilə əlaqələndirilir ki, bu da regionun və bütün ölkənin gələcək iqtisadiyyatının təməlidir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]