DÜNYA
Qazaxıstan günəbaxan yağının ixracına məhdudiyyətlər qoyub
Nur-Sultan, 18 iyun, AZƏRTAC
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi günəbaxan yağının ixracına məhdudiyyətlər qoyub.
AZƏRTAC Qazaxıstanın Dövlət Gəlirlər Komitəsinə istinadla xəbər verir ki, məhdudiyyət 2022-ci il iyunun 18-dən avqustun 31-dək qüvvədə olacaq.
Günəbaxan yağının ixracına kəmiyyət məhdudiyyətləri bu ölkədə qiymətlərin sabitləşdirilməsi və xarici bazarlarda tələbin artması ilə əlaqədar bazarda qıtlığın yaranmasının aradan qaldırılması məqsədi ilə tətbiq edilib.
Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci il 17 iyun tarixli 198 nömrəli əmrinə uyğun olaraq, günəbaxan yağının ixracı yalnız nazirliyin aqrar və sənaye kompleksində Dövlət Nəzarət Komitəsinin ərazi bölmələri tərəfindən verilmiş fitosanitar sertifikatı olduqda həyata keçiriləcək.
Xatırladaq ki, daha öncə Kənd Təsərrüfatı Nazirliyinin 13 dekabr 2021-ci il tarixli əmri ilə tətbiq edilmiş günəbaxan yağının ixracına kəmiyyət məhdudiyyətləri 2021-ci il dekabrın 15-dən 2022-ci il iyunun 1-dək qüvvədə olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]