İDMAN
Qazaxıstan millisi futzal üzrə Avropa çempionatında ilk qələbəsini qazanıb
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 24-də Niderlandda futzal üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, B qrupu çərçivəsində iki oyun təşkil olunub.
Günün ilk matçında İtaliya və Sloveniya milli komandaları üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib - 2:2.
Digər oyunda isə Finlandiya millisi Qazaxıstan seçməsi ilə qarşılaşıb. Matçda qazaxıstanlı futzalçılar 6:2 hesablı qələbə qazanıblar.
İlk turda Qazaxıstan millisi Sloveniya ilə 4:4, ikiqat Avropa çempionu İtaliya yığması isə Finlandiya ilə 3:3 hesablı heç-heçə edib.
Hər iki matç Qroningen şəhərindəki "Martini Plaza"da keçirilib.
Qeyd edək ki, D qrupunda mübarizə aparan Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. Seçməmiz növbəti görüşünü yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]