MƏDƏNİYYƏT


Qazaxıstanda Muxtar Auezovun “Abay” romanının Azərbaycan dilində yeni nəşrinin təqdimatı olub

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Beynəlxalq Türk Akademiyası görkəmli qazax yazıçısı Muxtar Auezovun anadan olmasının 125 illiyinə həsr olunmuş “Auezov və dünya sivilizasiyası” elmi-praktik konfrans çərçivəsində “Abay” romanının Azərbaycan dilində yeni nəşrini təqdim edib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Cənubi Koreya, Rusiya, Hollandiya və digər ölkələrin aparıcı alimləri, yazıçıları, ziyalıları, elmi-tədqiqat institutlarının elmi işçiləri, müəllimlər və gənc alimlər iştirak ediblər.

Qeyd edək ki, roman ilk dəfə 1954-cü ildə Azərbaycan dilinə tərcümə edilərək kiril əlifbası ilə Bakıda nəşr edilmişdi. Bu il Türk Akademiyası görkəmli ədibin 125 illik yubileyi münasibətilə “Abay” romanını latın qrafikası ilə Azərbaycan dilində nəşr etdirib. Oxuculara təqdim olunan roman 68 ildən sonra Azərbaycanın kitabxanalarına və elmi təşkilatlarına təhvil veriləcək. Roman böyük şair Abay Kunanbayevin həyatı fonunda qazax xalqının tarixinə işıq tutaraq bütöv bir dövrü əhatəli şəkildə əks etdirir. Əsər dünyanın 120-dən çox dilinə tərcümə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.