ELM VƏ TƏHSİL
Qazaxıstanlı alimlər Fəlsəfə və Sosiologiya İnstitutunda olublar
Bakı, 26 oktyabr, AZƏRTAC
Qazaxıstan Elmlər Akademiyasının Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun İnformasiya və idarəetmə şöbəsinin müdiri Erbol Kumisxodjaev, həmin müəssisənin aparıcı elmi işçisi Almasbek Şaqırbay və eksperti Baxıt Şıntemirova AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə qonaqlara müəssisənin elmi fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib.
Görüş zamanı iki müəssisə arasında gələcəkdə elmi əməkdaşlığın genişləndirilməsi haqqında memorandum imzalanıb. Politologiya və dinşünaslıq sahələri üzrə birgə elmi tədqiqatların aparılması və layihələrin hazırlanması yönündə fikir mübadiləsi aparılıb.
Qazaxıstanlı alimlər elmi əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını qeyd ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]