CƏMİYYƏT


Qədim xalçaların ölkədən aparılması cəhdinin qarşısı alınıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim xalçaların ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Bakı-İstanbul aviareysi ilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Fatahei Hosseinə məxsus baqaj rentgen aparatından keçirilərkən, orada gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı şübhə yaranıb. Bu səbəbdən vətəndaş saxlanılıb və çantasına təkrar baxış keçirilib.

Təkrar yoxlama zamanı Fatahei Hosseinə məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş, yaşı 1 əsrdən çox olan 6 ədəd qədim xalça aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.