Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qəhrəmanlıq tariximizdən: silahlı ermənilərin əliyalın nehrəmlilər qarşısında biabırçı məğlubiyyəti

Naxçıvan, 31 mart, Rauf Kəngərli, AZƏRTAC

1918-ci ildə qaniçən erməni generalı Andranik Ozanyanın Naxçıvana hücumları, soyqırımı törədib Zəngəzurdan Şuşayadək olan əraziləri ələ keçirmək üçün etdiyi vəhşiliklər heç zaman unudulmayacaq. Onun dəstəsi Naxçıvanda o zaman ilk soyqırımını Culfa rayonunun Yaycı kəndində törədib. Erməni qaniçənlər kəndin əhalisini qılıncdan keçirib, qadın, qoca və uşaqları Arazın qanlı sularında boğublar. Həmin vaxt Naxçıvana köməyə gəlmiş Türk ordusunun da yardımı ilə igid nehrəmlilər kəndin ətrafında qaniçən daşnaklara divan tutub. Rüsvayçılıqla məğlub olmuş Andranikin dəstələri geri qaçmağa məcbur olub. Geri çəkilərkən arxada viran etdikləri 18 Naxçıvan kəndi qalıb.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri muxtar respublikanın Babək rayonunun Nehrəm kənd sakini, 90 yaşlı Mehralı Cəfərov deyib.

Ermənilər həmişə çörəyimizi yeyib, ancaq həmişə də bizə xəyanət ediblər

Nehrəm kəndinin tanınmış ağsaqqallarından olan, uzun illər tarix müəllimi işləyən Mehralı müəllim atası Cəfər kişinin həmin hadisələr barədə danışdıqlarını bu gün də yaxşı xatırlayır. O, 103 il ömür sürmüş Qənbərəli Əlirzayevin də dediklərini bizimlə bölüşdü. Qənbərəli Əlirzayev deyərdi ki, Nehrəmdə Bağırsaqdərə deyilən yerdə o vaxt qoyun saxlayırdılar. Bir gün günorta vaxtı Camaldın kəndi tərəfdən gələn silahlı bir atlı ona yaxınlaşıb süd istəyib, o da bir patıl (çobanların süd sağdığı qab) süd sağıb verib. Heybəsindən çıxardığı kifsəmiş kökəni patıldakı südə doğrayıb yeyən atlının erməni olduğunu bilən gənc həmin gecəni uzaqdakı bir mağarada keçirib. Səhər tezdən onu çağıran kəndliləri ilə Bağırsaqdərəyə gələndə qətl edilmiş 7 nəfərin meyiti ilə rastlaşıblar. Burada öldürülən nehrəmlilərdən 3-ü qadın, 3-ü kişi, biri isə onun üç aylıq körpə qardaşı olub. Ermənilər Qənbərəlinin qardaşı Gəncəlini yaralasalar da, o, ölməyib, sonra onu evə aparıb türkəçarələrlə müalicə edib sağaldıblar.

Andranikin dəstəsinin 60 nəfərədək silahlısı əliyalın nehrəmlilər tərəfindən əsir alınıb

Mehralı müəllim sözlərinə davam edərək deyib: “O zaman milli komitənin katibi olmuş Mirzə Bağır deyərdi ki, bir gün sübh tezdən Andranikin dəstəsi Nehrəmə hücum edib. Nehrəm əhalisini top və pulemyot atəşinə tutublar. Atışmanın səsi Naxçıvan şəhərinədək gəlirmiş. Nehrəm əhalisi güclü müqavimət göstərib. Andranikin dəstəsi böyük tələfat verib. Lakin ermənilər Nehrəm arxı yanındakı evlərə od vurub yandırıblar. Naxçıvandan köməyə gələn Hacı Heydərlə Məşədi Heydərin adamları erməni dəstələrini yarıb Nehrəmə daxil olublar. Andranikin dəstəsindən 60 nəfərə yaxınının nehrəmlilər tərəfindən əsir alınması xəbəri böyük bir coşqu ilə qarşılanmışdı”.

Nehrəmdə ac qalan daşnak generalı və Nehrəm arxında məhv edilən qaniçənlər

Həmin acılı günlərin digər bir şahidi Heydərqulu Həsənov deyib ki, o vaxt ermənilər Nehrəm dağındakı “Taharın düzü” deyilən yerdən də Nehrəmə hücum ediblər. Andranik öz quldur dəstəsi ilə kənddə Hacı Qənbərin həyətinə girir. Həyətdəki sıx ağaclıqda arxayınlıqla oturub yemək yeməyə başlayırlar. Nehrəmlilər də hər yerdə pusquda adamlar qoyublarmış. Nehrəmli ağsaqqal, həm də sərrast tüfəng atan Müslüm Vəliyev Hacı Əlinin bağında gözləyirmiş. Ermənilər Müslümün adını əvvəlcədən eşitmişdilər. Deyilənə görə, Andranik Müslümə sifariş göndərir ki, bizə bir xidmətçi göndər yemək hazırlasın. Erməni Hacı Qənbərin daxmasının arxasından başını çıxarıb həmin sözü bir də təkrar edərkən Müslüm güllələri onun ağzına doldurur. Bunu gözləməyən ermənilər pərən-pərən düşüb həyətdən qaçırlar. Bu vaxt Nehrəm arxında həmin ermənilərin bir qismini məhv edirlər.

“Nehrəmdə erməni qəsbkarlarına qarşı inadla müqavimət göstərmiş Müslüm Vəliyev, Müseyib, Nazimin oğlu Məşədi Ələsgər, Sadıq, Mirzəməmməd, Bağır, Niftalı, Abdulla, Sənəm oğlu Əli, Muxtər Sadiqov, Qulu oğlu Məhəmməd, Səfərli, Fətəli, Kərəm, Heydərqulu Həsənov və başqalarının igidliyi bu gün də yaxşı xatırlanır”, -deyən Mehralı müəllim qeyd edib ki, ermənilərə qarşı döyüşlər gedərkən kənd ağsaqqallarından Hacı Mehdi, Kərbəlayı Muxtar, Müslüm, Kazım kənddəki qadın və uşaqların ayrıca evlərə yığışmasını məsləhət görüblər. Belə də ediblər. Onların toplaşdığı Kərbəlayı Bağırın, Nemət Məmmədovun, Hacı Əliqulunun, Kərbəlayı Muxtarın, Hüseynin, Hacı Abbas bəyin evlərinin hər birinə iki pud neft də qoyublar ki, birdən ermənilər kəndi ələ keçirsə, evlərə neft töküb arvad-uşaq qarışıq yandırılacaq ki, cəlladların əlinə keçməsinlər. Bax ermənilərə qarşı o zaman belə savaşıblar. Həmin vaxt Nehrəmdə cəmi 2 top olub. Onlardan da biri xarab imiş, mərmi atmırmış. Nehrəmlilər o biri topun yerini tez-tez dəyişib Türk ordusundan köməyə gəlmiş Yavərin yardımı ilə elə atırdılar ki, onların bir neçə topu varmış kimi ermənilərdə vahimə yarada bilsinlər.

Nehrəmli Kərbəlayı Muxtarın hədələrindən qorxan Andranik Vedi və Zəngəzur tərəfdə 1800 azərbaycanlını öldürməkdən çəkinib

Erməni quldurlarının Nehrəmdə, eləcə də bütün Naxçıvanda çoxlu azərbaycanlını öldürdüyünü, xeyli maddi zərərlər verdiklərini, bununla bərabər layiqli cavablarını da aldıqlarını vurğulayan Nehrəm kəndinin 90 yaşlı ziyalısı bildirib ki, Andranik kənddəki İmamzadə ziyarətgahı tərəfdən hücuma keçərkən kəndin ağsaqqallarından Kazımın çağırışı ilə nehrəmli gənclər onlara qarşı inadla, son nəfəsədək döyüşüblər. Onların əksəriyyətini silahı belə olmayıb. Danışırdılar ki, təkcə indiki Cəlil Məmmədquluzadənin Nehrəmdəki Xatirə Muzeyinin həyətində min nəfərə qədər erməni qulduru məhv edilib. Bir də onu da deyirlər ki, Andranik Nehrəmdə məğlub olandan sonra Vedi və Zəngəzur tərəfdə 1800 nəfər azərbaycanlını tutur. Bunu eşidən o zamankı Nehrəmin qlavası Kərbəlayı Muxtar Andranikə sifariş göndərir ki, əgər o adamların birinin burnu qanasa, əlindəki erməni əsirlərinin birini də salamat buraxmayacaq. Və istədiyinə də nail olur, həmin azərbaycanlıları azad etdirir.

Şairə nənə Sona xanım: Hay ilə gəlmişdi huyuna çatdı

“Bu gün, sözün əsl mənasında, hər tərəfdən iflasa uğramış erməni daşnakları 102 il əvvəl Nehrəm ətrafında da əzilib-qovulublar. Bu gün ərazi bütövlüyümüzün qorunması üçün canından keçmiş bütün şəhidlərimizin, eləcə də Nehrəmin müdafiəsində igidlik göstərmiş bütün insanların ruhunun şad olmasını diləyirik”, – deyən Mehralı müəllim söhbətini şairə nənəsi Sona xanımın Nehrəm zəfəri ilə bağlı dediyi şeirlə tamamlayıb:

Müslüm durub Hacı Əlinin bağında,

Müseyib sağında, Sadıq solunda,

Qırıb tökür İmamzadə dalında.

Yeri ha, yeri ha, köpək əndiri,

Nehrəmlilər göydən quşu endiri.

Yavər də topunu durmadan atdı,

Andranikin qoşunu yan-yana yatdı,

Hay ilə gəlmişdi huyuna çatdı.

Yeri ha, yeri ha, köpək əndiri,

Nehrəmlilər göydən quşu endiri.

Ərəzində Səməd, Nehrəmdə Müslüm,

Hücuma keçdilər hamıdan üstün,

Andranikin qoşunun etdilər təslim.

Yeri ha, yeri ha, köpək əndiri,

Nehrəmlilər göydən quşu endiri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib