CƏMİYYƏT
Qənirə Paşayeva: “Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul edilməsinə böyük ehtiyac var

Bakı, 9 iyun, AZƏRTAC
“Reproduktiv sağlamlıq haqqında” Qanunun mümkün qədər tez qəbul edilməsi məqsədəuyğun olardı. Çünki bununla bağlı saysız-hesabsız müraciətlər vardır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin iyunun 9-da keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, sonsuz ailələrin və boşanmaların sayı getdikcə artır.
“Belə problemlərin qarşısını almaq üçün bu Qanunun qəbul edilməsi zəruridir. Bu məsələnin icbari tibbi sığorta ilə öz həllini tapması daha yaxşı olardı”, - deyə komitə sədri vurğulayıb.
Autizmli uşaqların sayının da çox olduğunu diqqətə çatdıran Qənirə Paşayeva bildirib ki, bu xəstəliyin müalicəsi uzun müddət və xeyli vəsait tələb edir. O, autizmli uşaqların valideynlərinə dövlət dəstəyinin vacibliyini qeyd edib.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [15:47]
Azərbaycanda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb
- 23.09.2023 [15:32]
Prokurorluq əməkdaşları Abşeron rayonunda 1500-dən çox ağac əkib
- 23.09.2023 [14:21]
Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyadan ölkəmizə gətirilib
- 23.09.2023 [14:13]