İQTİSADİYYAT
Qətər OPEC-dən çıxacağını elan edib
Vyana, 3 dekabr, AZƏRTAC
Qətər Neft İxrac edən Ölkələr Təşkilatında (OPEC) üzvlüyünə son qoymaq niyyətindədir. Ölkənin energetika naziri Saad al-Kaabi bildirib ki, ölkəsinin bu təşkilatda üzvlüyü 2019-cu ilin yanvar ayında sona çatacaq. Nazir, həmçinin qeyd edib ki, OPEC rəsmi qərarın bəyan edilməsindən öncə müvafiq qaydada məlumatlandırılıb.
Qətərin bu qərarının dünya bazarlarında xam neftin qiymətinə müsbət təsir göstərəcəyi ehtimal olunur.
Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı, eləcə də Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri ötən ilin yayında Qətərlə bütün diplomatik münasibətlərini kəsiblər və həmçinin bu kiçik Körfəz ölkəsinə qarşı nəqliyyat və ticarət blokadası yaradıblar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]