DÜNYA
Qətərin “Əl-Meera” marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina edib
Tehran, 25 oktyabr, AZƏRTAC
Qətərdə fəaliyyət göstərən “Əl-Meera” marketlər şəbəkəsi Fransa istehsalı olan məhsulları boykot edərək onları satmaqdan imtina edib.
AZƏRTAC “Əl-Meera”nın “Twitter” hesabında paylaşdığı açıqlamaya istinadla xəbər verir ki, marketlər şəbəkəsinin bu qərarına səbəb Fransada Məhəmməd Peyğəmbərin karikaturasının yayılması, rəsmi şəxslərin isə bunu söz, fikir və vicdan azadlığı adlandırmasıdır.
Qeyd olunub ki, “Əl-Meera” xalqın maraqlarına, adət-ənənələrə, inanca və müqəddəslərə böyük hörmətlə yanaşaraq xidmət göstərir. Bu kimi hərəkətlər söz və vicdan azadlığı deyil, təfriqə yaratmaqdan ibarətdir.
Marketlər şəbəkəsi Qətər ərazisindəki bütün mağazalarında Fransa məhsulları yığışdırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]